Abşeronda qadın yol qəzasında xəsarət aldı

Abşeronda qadın yol qəzasında xəsarət aldı Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
31 May , 2021 03:49
Abşeronda qadın yol qəzasında xəsarət aldı

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalanda “Ekoloji nəzarət postu”nun yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1960-cı il təvəllüdlü Rəhimova Aliyə Şərbətəli qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qolun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi