Abşeronda qadın 21 yaşlı gənci bıçaqladı

Hadisə
  • 18 may, 2020
  • 18:40
Abşeronda qadın 21 yaşlı gənci bıçaqladı

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Atyalı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Abdullayev Musa Rasim oğlu adı hələ məlum olmayan xanım tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.