Abşeronda piyadanı vuraraq xəstəxanaya aparan sürücü oradan qaçıb

Abşeronda piyadanı vuraraq xəstəxanaya aparan sürücü oradan qaçıb Hadisə "Qurtuluş 93" yaşayış massivinin qarşısında baş verib
Hadisə
30 May , 2018 03:57
Abşeronda piyadanı vuraraq xəstəxanaya aparan sürücü oradan qaçıb

Bakı. 30 may. REPORT.AZ/ Gecə saatlarında Abşeron rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1984-cü il təvəllüdlü Əhmədov Fuad Ələkbər oğlu "Qurtuluş 93" yaşayış massivinin qarşısındakı yolun qaranlıq hissəsindən keçərkən onu "Mercedes" markalı minik avtomobili vurub.

Sürücünün köməkliyi ilə yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirdikdən sonra, məsuliyyətdən yayınmaq üçün uzaqlaşıb. Hazırda sürücünün axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi