Abşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub - FOTO

Abşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub - FOTO Abşeron. 24 sentyabr. REPORT.AZ/ Abşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub.
Hadisə
24 Sentyabr , 2018 19:08
Abşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub - FOTO
Report

Abşeron. 24 sentyabr. REPORT.AZ/ Abşeronda oteldə törədilən qətlin təfərrüatı məlum olub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki "Oskar" otelində 35 yaşlı Nəriman Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub. 

Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib: "Aysel həmin gecəni mənimlə birgə keçirəcəyinə söz verdi. Ancaq verdiyi sözü tutmadı. Görüşdükdən sonra yenidən çalışdığı kluba qayıtmaq istədiyini dedi. Bu zaman əsəbləşdim, digər otağa keçib bıçaq götürdüm və onu bıçaqladım. O, qan içində qıvrılırdı və öldüyünü gördükdən sonra qaçdım"

N.Əliyev qaçsa da, Abşeron rayon Polis idarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi