Abşeronda “Mercedes” yük maşınına çırpıldı, xəsarət alan var

Abşeronda “Mercedes” yük maşınına çırpıldı, xəsarət alan var Abşeronda xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
24 Mart , 2020 02:01
Abşeronda “Mercedes” yük maşınına çırpıldı, xəsarət alan var

Abşeronda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

Belə ki, “99-KJ-291” dövlət nömrə nişanlı, “Mercedes” markalı minik avtomobili “Shacman” markalı yük maşınına çırpılıb. Qəza zamanı zərbənin təsiri o qədər güclü olub ki, minik maşınının ön hissəsi bir neçə hissəyə bölünərək yola dağılıb. Hadisə zamanı “Mercedes”in sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılıb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub. “Mercedes” markalı avtomobilin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi