Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeronda iki nəfər dəm qazından zəhərlənib Abşeron rayonunda iki nəfər dəm qazından zəhərlənib.
Hadisə
27 Yanvar , 2022 06:39
Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda iki nəfər dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Xirdalan şəhəri və Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Xırdalan şəhər sakini 2006-cı il təvəllüdlü Musayeva Həvva Rəcəb qızı, Masazır qəsəbə sakini Güldəstə Səfərova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi