Abşeronda hasar orta yaşlı kişinin üstünə aşıb

Abşeronda hasar orta yaşlı kişinin üstünə aşıb Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
14 iyun 2018 04:14
Abşeronda hasar orta yaşlı kişinin üstünə aşıb
Foto: "Report"

Abşeron. 14 iyun. REPORT.AZ/ Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə şəhərin mərkəzində baş verib.

1982-ci il təvəllüdlü Əliyev İntiqam Amin oğlu fərdi yaşayış evinin yanından keçərkən evin hasarı onun üstünə aşıb. Nəticədə İ.Əliyev müxtəlif nahiyələrindən xəsarətlər alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi