Bakı. 9 sentyabr. REPORT.AZ/ Abşeronda elektrik cərəyanının vurduğu şəxs 4 gün sonra ölüb.
“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, sentyabrın 4-də elektrik cərəyanı vurması nəticəsində xəsarət alan Abşeron rayon sakini Əlisəfa Məmmədov sentyabrın 8-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.