Abşeronda dava zamanı gənc oğlan bıçaqlanıb

Abşeronda dava zamanı gənc oğlan bıçaqlanıb Hadisə "Abşeron" marketin qarşısında baş verib
Hadisə
25 Dekabr , 2017 06:06
Abşeronda dava zamanı gənc oğlan bıçaqlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Abşeronun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1990-cı il təvəllüdlü Əkbərov Abidin Şahverdi oğlu "Abşeron" marketin qarşısında tanışı ilə əlbəyaxa olub. Bu zaman o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi