Abşeronda cərəyan vurması nəticəsində ölən məktəblini atası xəstəxananın həyətində basdırıb - FOTO

Abşeronda cərəyan vurması nəticəsində ölən məktəblini atası xəstəxananın həyətində basdırıb - FOTO Abşeron. 6 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə
6 Sentyabr , 2018 20:49
Abşeronda cərəyan vurması nəticəsində ölən məktəblini atası xəstəxananın həyətində basdırıb - FOTO

Abşeron. 6 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vuraraq öldürüb. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub. O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Asim Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Lakin ata ovladının ölümünə inanmayaraq onu xəstəxananın həyətində basdırıb. Nəticədə hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Bir neçə saatdan sonra oğlunun öldüyünü qəbul edən ata meyiti çıxararaq aparıb. 

Qeyd edək ki, Asim Məmmədov A.Müzəffərov adına Saray 2 saylı Tam Orta Məktəbin 9-cu sinif şagirdidir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi