Abşeronda avtomobil qadını vurub öldürdü

Hadisə
  • 18 iyul, 2020
  • 09:25
Abşeronda avtomobil qadını vurub öldürdü

Abşeron rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, qəza İyulun 17-də saat 8 radələrində baş verib.

Abşeron rayonu ərazisində Bakı şəhər sakini F.Qədirov idarə etdiyi  “VAZ-21074” markalı avtomobillə yolu keçən paytaxt sakini Sənubər Babayevanı vurub.

S.Babayeva hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

44 - Tezliklə