Abşeronda avtomobil piyadanı vurub

Hadisə
  • 25 yanvar, 2020
  • 20:32
Abşeronda avtomobil piyadanı vurub
təcili

Abşeronda avtomobil piyadanı vurub.

“Report” xəbər verir ki, hadisə Fatmayı qəsəbəsində baş verib.

Avtomobil yolu keçən təxminən 50-55 yaşlı, şəxsiyyəti məlum olmayan kişini vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

44 filmi