Abşeronda avtomobil piyadanı vurub

Abşeronda avtomobil piyadanı vurub Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Oktyabr , 2021 08:27
Abşeronda avtomobil piyadanı vurub

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə “Riyad” Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Mirzağayev Elşad Rəsul oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. E.Mirzağayevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi