Abşeronda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Hadisə
  • 09 noyabr, 2019
  • 21:09
Abşeronda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.

Avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Rüstəmov Məhərrəm İxtiyar oğlunu vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov