Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 19 noyabr, 2019
  • 08:47
Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Nəcəf oğlu Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Cəmil Əsədovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

44 filmi