Abşeronda avtomobil gənc oğlanı vurub

Abşeronda avtomobil gənc oğlanı vurub Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 Dekabr , 2021 01:05
Abşeronda avtomobil gənc oğlanı vurub

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Nəsirov Nazim İltifat oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və baş beyinin ağır dərəcəli əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi