Abşeronda avtomobil aşıb, sürücü ölüb

Hadisə
  • 29 avqust, 2018
  • 08:18
Abşeronda avtomobil aşıb, sürücü ölüb

Bakı. 29 avqust. REPORT.AZ/ Abşeron rayonunda yol qəzası baş verib. 

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, Gədəbəy rayon sakini Tahir Bağırzadə idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb