Abşeronda avtomobil 36 yaşlı piyadanı vurub

Abşeronda avtomobil 36 yaşlı piyadanı vurub Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
30 Noyabr , 2021 03:49
Abşeronda avtomobil 36 yaşlı piyadanı vurub

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Quliyev Musaməddin Mehdi oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun nahiyəsinin sınığı diaqnozu qoyulub. M.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi