Abşeronda arvadını xüsusi amansızlıqla öldürən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Abşeronda arvadını xüsusi amansızlıqla öldürən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
10 Mart , 2017 11:43
Abşeronda arvadını xüsusi amansızlıqla öldürən şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Sadiq Muxtarovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Muxtarov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 10-da saat 12 radələrində baş verib. Abşeron rayonunun Masazır qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (ling) çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Hadisədən sonra S.Muxtarov mətbəx bıçağı ilə özünə də xəsarətlər yetirib. Yaralı xəsarətlə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hadisə qısqanclıq zəminində baş verib.

S.Muxtarov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi