Abşeronda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb - YENİLƏNİB

Abşeronda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb - YENİLƏNİB Abşeron. 19 noyabr. REPORT.AZ/ Abşeron rayonunda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb.
Hadisə
19 Noyabr , 2018 10:42
Abşeronda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb - YENİLƏNİB
0 : 00
0 : 00

Abşeron. 19 noyabr. REPORT.AZ/ Abşeron rayonunda 83 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Saray qəsəbəsinin sakini, 1935-ci il təvəllüdlü Vəli İsmayılov yaşadığı evdə özünü bıçaqlayaraq intihar edib.

Bu barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, 83 yaşlı kişi bir müddət əvvəl oğlu və gəlini ilə bir yerdə yaşayıb. Yaxınları bildiriblər ki, son vaxtlarda kişinin psixoloji problemi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


***8:37

Abşeron. 19 noyabr. REPORT.AZ/ Abşeron rayonunda qoca kişi özünü bıçaqlanaraq öldürüb. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Saray qəsəbəsi ərazisində baş verib.

Belə ki, əslən həmin qəsəbədə yaşayan, hələlik adı məlum olmayan qoca kişinin kim tərəfindən və hansı şəraitdə bıçaqlanaraq öldürüldüyü məlum deyil. 

Hadisə yerin hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi