Abşeronda 47 yaşlı qadın yol qəzasında xəsarət aldı

Hadisə
  • 28 may, 2020
  • 20:11
Abşeronda 47 yaşlı qadın yol qəzasında xəsarət aldı

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Kərimova Pərvin Yaşar qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona baş-beyin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov