Abşeronda 33 yaşlı kişi döyülüb

Hadisə
  • 11 oktyabr, 2019
  • 10:09
Abşeronda 33 yaşlı kişi döyülüb

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində döyülmə hadisəsi  qeydə alınıb.

“Report”un Sumqayıt -Abşeron bürosunun məlumatına görə, qəsəbə ərazisində münaqişə zəminində 2 nəfər arasında düşən mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Belə ki,1986-cı il təvəllüdlü Hacıyev Tərlan Hacıbaba oğlu tanıdığı şəxs tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 33 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.