Abşeronda 31 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Hadisə
  • 01 oktyabr, 2019
  • 17:47
Abşeronda 31 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Pirəküşkül qəsəbəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Əliyev Ruslan Əli oğlu qonşusu tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.