Abşeronda 27 yaşlı gənc intihar edib - YENİLƏNİB

Hadisə
  • 11 mart, 2019
  • 09:30
Abşeronda 27 yaşlı gənc intihar edib - YENİLƏNİB

Abşeron rayonunda intihar edən gəncin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü Paşa Rasim oğlu Yusifli özünü bacısı ilə yaşadığı evdə asaraq öldürüb. 

İntiharın dəqiq səbəbləri bilinmir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


12:01

Abşeron rayonunda gənc oğlan intihar edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır. 

Son xəbərlər

Bütün Xəbər Lenti