Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb - YENİLƏNİB

Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb - YENİLƏNİB Abşeron. 11 noyabr. REPORT.AZ/ Abşeronda dərmandan zəhərlənərək ölən gənc qadının adı məlum olub.
Hadisə
138
11 Noyabr , 2018 08:59
Abşeronda 23 yaşlı qadın dərmandan zəhərlənərək ölüb - YENİLƏNİB

Abşeron. 11 noyabr. REPORT.AZ/ Abşeronda dərmandan zəhərlənərək ölən gənc qadının adı məlum olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə,1995-ci il təvəllüdlü İsmayılova Leyla Musa qızı müalicəsi üçün dərman qəbul edib. O, bir qədər sonra özünü yaxşı hiss etməyib. Yaxınları qadının vəziyyətinin ağırlaşdığını gördükdə onu dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, L.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

23 yaşlı qadının dərmandan zəhərlənərək öldüyü məlum olub. 


***01:12

Abşeron. 11 noyabr. REPORT.AZ/ Abşeron rayonunda qadın içdiyi dərmandan zəhərlənərək dünyasını dəyişib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.

Belə ki, hələlik adı məlum olmayan gənc qadın yaşadığı evdə dərman pereparatı qəbul etdikdən sonra halı pisləşib. Yaxınları tərəfindən xəstəxanaya çatdırlan qadın həkimlərin səyinə baxmayaraq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi