Abşeronda 22 yaşlı gənc qızı avtomobil vurub, vəziyyəti ağırdır

Abşeronda 22 yaşlı gənc qızı avtomobil vurub, vəziyyəti ağırdır Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Noyabr , 2021 08:20
Abşeronda 22 yaşlı gənc qızı avtomobil vurub, vəziyyəti ağırdır

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsndə qeydə alınıb.

Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abızadə Tünzalə Razi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi