Abşeronda 21 vaqon yanıb

Abşeronda 21 vaqon yanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
19 iyul 2016 06:15
Abşeronda 21 vaqon yanıb

Bakı. 19 iyul. REPORT.AZ/ Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a daxil olan məlumata görə, qəsəbədə 400 ədəd istismara yararsız sərnişin vaqonlarından 21 ədədi yanıb. Digər vaqonlar yanğından mühafizə olunub. Yanğın saat 07:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi