Abşeron sakini qonşusunu bıçaqlayıb

Abşeron sakini qonşusunu bıçaqlayıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
12 Sentyabr , 2017 09:53
Abşeron sakini qonşusunu bıçaqlayıb

Abşeron. 12 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda qonşular arasında düşən mübahisə bir nəfərin bıçaqlanması ilə nəticələnib..

"Report"un məlumatına görə, hadisə rayonun Neftçılər küçəsində baş verib. 

Belə ki, Sərvan Sultan oğlu Rəşidovla qonşusu Murad Xanoğlan oğlu Xəlilov arasında hələki bilinməyən səbəbdən mübahisə düşüb. Nəticədə S.Rəşidov bıçağa əl ataraq M.Xəlilovu bıçaqlayıb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən S.Rəşidov polis tərəfindən saxlanılıb və barəsində Cİnayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi