Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var - FOTO

Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var - FOTO Xəsarət alan 4 nəfərdən 1-nin vəziyyəti ağırdır
Hadisə
23 Mart , 2018 07:35
Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var - FOTO

Bakı. 23 mart. REPORT.AZ/ Bakının Abşeron rayonunda özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib.

Şirkətə məxsus 10-VJ-993 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı sərnişin avtobusu hərəkət edən zaman onun qarşısına "Ford" markalı yük avtomobili çıxıb. Nəqliyyat vasitələrinin toqquşması zamanı avtobusda olan 1975-ci il təvəllüdlü Cahangirova Raifə Gülverdi qızı, 1976-ci il təvəllüdlü Hacıağayeva Şölə Sabir qızı, 1978-ci il təvəllüdlü Sadıqova Səidə Əliyoldaş qızı və 1973-cü il təvəllüdlü Abdıyev Qəhrəman Ağami oğlu müxtəlif bədən xəsarətləri alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, Q.Abdiyevin vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi