ilk xəbər saat 23:15-də yayımlanıb
Bakı. 28 dekabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən qəzaya uğramış motosiklet səfirliyə məxsus “Chevrolet” markalı avtomobilin altında olub.
Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Cövdət İsgəndərov jurnalistlərə açıqlamasında deyib ki, motosiklet digər motosikletlə toqquşub. Onun sözlərinə görə, hadisə zamanı qəzaya uğrayan motosikletlərdən biri “Chevrolet” markalı avtomobilin altına düşüb. Belə ki, həmin vaxt avtomobil səfirliyin həyətinə daxil olurmuş.
Hadisə nəticəsində motosikletdə olan bir nəfər ölüb, digəri yaralanıb. Onların şəxsiyyəti hələ ki, məlum deyil.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.