Yuxarı

​ABŞ-da baş vermiş qəzada 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb

Avtomobilin sürücüsü heç bir xəsarət almayıb

Bakı. 18 iyun. REPORT.AZ/ ABŞ-ın şərqindəki Virciniya ştatında baş vermiş avtomobil qəzasında 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Assosiated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər ştatın şimal-şərq ərazisində baş verib. İçində 16 sərnişinin olduğu mikroavtobus yolun hərəkət hissəsindən çıxıb və sonra yola qayıdaraq avtomobilə çırpılıb. Polisin məlumatına görə, mikroavtobus bundan sonra bir neçə dəfə aşıb.

Nəticədə aralarında bir qadın və yeniyetmənin də olduğu 6 sərnişin ölüb. Mikroavtobusun sürücüsü və 9 sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Avtomobilin sürücüsü heç bir xəsarət almayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi