ABŞ-ın şərq sahillərinə yağan qar səbəbindən 800-dən çox reys təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Qeyd olunub ki, qar yağması ilə əlaqədar 6 minə yaxın daxili və beynəlxalq reyslər gecikmə ilə həyata keçiriləcək.
Pis hava şəraiti “Delta Air Lines” aviaşirkətinə məxsus təyyarənin Buffalo beynəlxalq hava limanının uçuş-enmə zolağından kənara çıxmasına səbəb olub.
Meteoroloqların fikrincə, əlverişsiz hava şəraiti gün ərzində davam edəcək.