46 yaşlı kişi dənizdə batıb

Hadisə
  • 26 iyun, 2024
  • 11:00
46 yaşlı kişi dənizdə batıb

"Yaşma bağları" adlanan ərazidə 46 yaşlı yaşlı kişi dənizdə batıb.

"Report" un yerli bürosu məlumat verir ki, hadisə Xəzər dənizinin "Yaşma bağları" adlanan ərazisində qeydə alınıb.

Məlumata görə, 1978-ci il təvəllüdlü Hümbət İcazə oğlu Əhmədovun meyiti dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.