Yuxarı
    Bağlamaq

    Bakıda yol qəzası baş verib: 3 nəfər xəsarət alıb

    Nəsimi Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır

    Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

    "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Məlumata görə, avqustun 23-də saat 22 radələrində Nəsimi rayonunun Ə.Salamzadə küçəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Elçin Abdullayevin idarə etdiyi "VAZ-21099" markalı avtomobil toqquşub. E.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi