"28 May" metrostansiyasında 42 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib

"28 May" metrostansiyasında 42 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib Bakı. 22 aprel. REPORT.AZ/ Bakı Metropolitenində intihar hadisəsi baş verib.
Hadisə
22 Aprel , 2018 14:15
28 May metrostansiyasında 42 yaşlı qadın özünü qatarın altına ataraq intihar edib

Bakı. 22 aprel. REPORT.AZ/ Bakı Metropolitenində intihar hadisəsi baş verib.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin "Report"a verdiyi məlumata görə, hadisə saat 12:50-də, metronun "28 May" stansiyasında qeydə alınıb.

Onun sözlərinə görə, 1976-cı il təvəllüdlü Lənkəran sakini Səfərova Ruhəngiz Canəli qızı metroda özünü qatarın altına ataraq intihar edib. Hadisənin səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi