Yuxarı

25 manat borc aldığı tanışını bıçaqlayan şəxsə 10 il həbs cəzası verilib

Hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayan Ruslan Mikayılovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Mikayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Sabunçu rayonunda baş verib. R.Mikayılov tanışı Məhərrəm Abdullayevdən 25 manat borc pul alıb. Borcunu geri istəyən M.Abdullayevə R.Mikayılov pulunun olmadığını bildirib. Daha sonra M.Abdullayev R.Mikayılova söyüş söyüb. R.Mikayılov bıçağa əl atıb. Xəstəxanaya çatdırılan M.Abdullayevin həyatını xilas etmək mümkün olub. R.Mikayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi