"Diqlas"da zərər çəkən sahibkarlara 2 milyon 155 min manat kompensasiya ödənilib

"Diqlas"da zərər çəkən sahibkarlara 2 milyon 155 min manat kompensasiya ödənilib Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində maddi zərər çəkən sahibkarlara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.
Hadisə
31 İyul , 2019 16:30
Diqlasda zərər çəkən sahibkarlara 2 milyon 155 min manat kompensasiya ödənilib

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş verən yanğın nəticəsində maddi zərər çəkən sahibkarlara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verməsi faktı üzrə başlanmış cinayət işi üzrə prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar və Vergilər nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu tərəfindən zəruri və təxirəsalınmaz istintaq tədbirlərinin icrası təmin edilib, binaya və sahibkarlara vurulmuş ziyanın həcminin, habelə cinayət təqibi ilə əlaqədar əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə çoxsaylı ekspertizalar təyin edilib, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilmiş istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.

Xüsusilə vurğulanıb ki, baş vermiş hadisə ölkə rəhbərliyi tərəfindən nəzarətdə saxlanılmaqla, ümumilikdə, yanğından maddi zərər çəkmiş 371 sahibkara 2 milyon 155 min manat məbləğində dövlət tərəfindən kompensasiya ödənilib.

Son xəbərlər

Orphus sistemi