Azərbaycanda 19 yaşlı gəlin odlu silahla intihar edib

Azərbaycanda 19 yaşlı gəlin odlu silahla intihar edib Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
22 İyul , 2015 10:02
Azərbaycanda 19 yaşlı gəlin odlu silahla intihar edib

Bakı. 22 iyul. REPORT.AZ/ Bərdə rayonunda intihar hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun Saatlı kəndində 19 yaşlı Cabbarova Aytac Əfqan qızı özünə odlu silahdan atəş açaraq intihar edib.

A.Cabbarova iki ay öncə ailə qurub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi