Bakıda 1 milyonluq dələduzluq edən şəxsə narkotik aparan qardaşı saxlanıldı

Bakıda 1 milyonluq dələduzluq edən şəxsə narkotik aparan qardaşı saxlanıldı Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Hadisə
554
2 Sentyabr , 2020 15:52
Bakıda 1 milyonluq dələduzluq edən şəxsə narkotik aparan qardaşı saxlanıldı

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə "Report"a Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə əsasən təqsirli bilinərək 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Əhmədov Elşən Rəşid oğluna qardaşı, Bakı şəhər sakini Əhmədov Emin Rəşid oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman,orada olan ət sousunun içərisində xüsusi üsulla gizlədilən 3 ədəd sellofan bükülüdə ümumi şəkisi 2,706 qram olan heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ittihama görə, E.Əhmədov 8 nəfərə qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon manata yaxın maddi zərər vurmaqda ittiham edilib. Ə.Əhmədov daha əvvəl də dələduzluq və quldurluq ittihamları ilə iki dəfə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi