Şamaxı-İsmayıllı yolunda ağır yol qəzasında 4 nəfər ölüb
Hadisə
- 22 sentyabr, 2014
- 05:30
Bakı. 22 sentyabr. REPORT.AZ/ Ötən gecə Azərbaycanın Şamaxı rayonu, Şamaxı-İsmayıllı yolunun 128-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Məlum olub ki, qəza zamanı "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı minik maşını toqquşub. Nəticədə minik avtomobilində sürücü və 3 nəfər sərnişin dünyalarını dəyişiblər. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücü və 3 nəfər sərnişinin meyitini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qəza ilə bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
16:27
Vüqar Əhmədov Qobustanda vətəndaşlarla görüşüb
Energetika16:25
Rəy
Qazaxıstanın müstəqillik Günü – assimilyasiyadan qurtulan türk toplumu - ŞƏRH
Analitika16:24
Qırğızıstan TRASEKA-nın çoxtərəfli icazələr sisteminə qoşulub
İnfrastruktur16:19
Zelenski Ukrayna ilə bağlı Konvensiyanın imzalanmasında iştirak edəcək
Digər ölkələr16:17
"Unibank"ın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
Maliyyə16:14
AQTA rəsmisi: Elektron siqretlərdəki formaldehidin həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur
Sağlamlıq16:11
Foto
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
Daxili siyasət16:06
Foto
Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb
ASK15:58