Şəkidə oğurluq edən dilənçi qadınlar tutulub

Şəkidə oğurluq edən dilənçi qadınlar tutulub Onlar evlərdən pul və qızıl əşyaları oğurlayıblar
Hadisə
29 Sentyabr , 2014 16:00
Şəkidə oğurluq edən dilənçi qadınlar tutulub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycanın Şəki şəhərində oğurluq edən dilənçilər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Azər Əsədullayevin evindən qızıl əşyalar oğurlayan Yevlax şəhər sakini Gülşən Bəkirova və Ağdaş şəhər sakini Zoya Rəşidova tutulub.

Məlum olub ki, hər iki şəxs qaraçıdılar və onlar dilənçilik etmək məqsədi ilə Şəki şəhərinə gəliblər.

Son xəbərlər

Orphus sistemi