Zlatko Daliç: "Yurçeviç Azərbaycan millisinə rəhbərlik etdiyi üçün bizə çətin olacaq"

Zlatko Daliç: "Yurçeviç Azərbaycan millisinə rəhbərlik etdiyi üçün bizə çətin olacaq" Bakı. 4 mart. REPORT.AZ/ “Azərbaycanla oyunda favoritik, amma rəqibi qiymətləndirməsək, ciddi problemlərimiz olacaq”.
Futbol
4 Mart , 2019 15:00
Zlatko Daliç: Yurçeviç Azərbaycan millisinə rəhbərlik etdiyi üçün bizə çətin olacaq

Bakı. 4 mart. REPORT.AZ/ “Azərbaycanla oyunda favoritik, amma rəqibi qiymətləndirməsək, ciddi problemlərimiz olacaq”.

“Report” xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun ərəfəsində mətbuat konfransında deyib. 

53 yaşlı xorvatiyalı mütəxəssisin sözlərinə görə, ilk tura təsadüf edəcək qarşılaşmada rəqibin müdafiə xəttini qırmaq onlar üçün çətin olacaq: “Bizim o qədər də çox vaxtımız yoxdur, cəmi 2 məşqimiz olacaq. İndi vəziyyət dəyişib, dominantlıq edəcək tərəf bizik. Topa daha çox sahib olmaqla bərabər, təmkinli davranacağıq. İlk matçda rəqibin müdafiə xəttini qırmaq çətin olacaq”.

Daliç həmyerlisi Nikola Yurçeviçin Azərbaycan millisinə baş məşqçi təyin edilməsinə də münasibət bildirib: “Əlbəttə, bu, onlar üçün üstünlüküdür. İndi Yurçeviç orada olduğu üçün bizə çətin olacaq. Ancaq dolu tribunalar önündə heç kim heç nə edə bilməz, Azərbaycan da həmçinin”.

Baş məşqçi yığmaya qaytarılacağı deyilən keçmiş kapitan Dari Srnaya dəvət göndərməməsinə də aydınlıq gətirib: "Srnaya böyük hörmətimiz var. Amma qərar ondan ibarətdir ki, təsnifat mərhələsinə daha gənc və uzun müddət çıxış edə biləcək cinah oyunçusu ilə başlayaq. Məqsəd hazırkı heyəti formalaşdıraraq Avropa çempionatında medal qazanmaqdır".

Qeyd edək ki, Azərbaycanla oyun martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi