“Zirvə” komandası “Yaz turniri”nin qalibi olub

“Zirvə” komandası “Yaz turniri”nin qalibi olub İkinci yeri “Şimşək”, üçüncü pilləni isə “Birlik” tutub
Futbol
17 Aprel , 2015 21:03
“Zirvə” komandası “Yaz turniri”nin qalibi olub

Bakı. 17 aprel. REPORT.AZ/ AFFA-nın və “Bakcell” şirkətinin dəstəyi, Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin idman kompleksində eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Yaz turniri” başa çatıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin qalibi “Zirvə” komandası olub. İkinci yeri “Şimşək”, üçüncü pilləni isə “Birlik” tutub.

“Zirvə” komandasının üzvləri - Süleyman Osmanlı və Güləli Baxşıyev müvafiq olaraq, ən yaxşı qapıçı və oyunçu seçiliblər. Turnirin ən məhsuldar futbolçusu isə “Şimşək” komandasının üzvü Telman Hüseynov olub.

Son xəbərlər

Orphus sistemi