Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın “Zirə” və “Səbail” klubunun futbolçuları – Aleksandr Dedovla Yevgeni Koçuk Moldova millisinə dəvət alıblar.
“Report” xəbər verir ki, 29 yaşlı hücumçu və 25 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının oyunları üçün heyətə daxil ediliblər.
Qeyd edək ki, sentyabrın 8-də Moldova səfərdə Luksemburq, 3 gün sonra isə evdə Belarusla üz-üzə gələcək.