Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Zirə” və “Səbail” klubunun futbolçuları – Aleksandr Dedovla Yevgeni Koçuk Moldova millisinə dəvət alıblar.
Bu barədə “Report”a oyunçuların klublarından məlumat verilib. 29 yaşlı hücumçu və 25 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının görüşləri üçün heyətə daxil ediliblər. Moldova yığması oktyabrın 12-də evdə San Marino, 3 gün sonra isə səfərdə Belarusla üz-üzə gələcək.
Qeyd edək ki, D Liqasında II qrupda yer alan Moldova millisi 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşıb.