"Zirə" və "Sabah" yoxlama matçlarında məğlub olublar

"Zirə" və "Sabah" yoxlama matçlarında məğlub olublar Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxıblar.
Futbol
11 Yanvar , 2020 21:17
Zirə və Sabah yoxlama matçlarında məğlub olublar

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxıblar.

"Report"un məlumatına görə, toplanışa eyni vaxtda yollanan "Zirə" və "Sabah" klubları müxtəlif saatlarda fərqli kollektivlərlə qarşılaşıblar.

"Zirə" Türkiyənin I Liqasında çıxış edən "Ümraniyespor"la görüşüb. "Fanatic Tour"un meydanında təşkil olunmuş oyun rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah" isə Belek qəsəbəsindəki "Titanik Mardan" stadionunda Macarıstanın "Pakş"ı ilə üz-üzə gəlib. Bu matçda da rəqib qalib gəlib - 2:0.

Son xəbərlər

Orphus sistemi