"Zirə" Serbiya klubuna qalib gəlib

"Zirə" Serbiya klubuna qalib gəlib Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqa klublarından Zirə sonuncu yoxlama oyununu keçirib.
Futbol
21 Yanvar , 2020 17:48
Zirə Serbiya klubuna qalib gəlib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqa klublarından "Zirə" sonuncu yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, paytaxt təmsilçisi bu dəfə Serbiyanın "Napredak" klubu ilə üz-üzə gəlib.

Fasiləyə 1:0 hesabı ilə üstün yollanan Zaur Həşimovun rəhbərlik etdiyi komanda ikinci hissədə daha bir qol vurub. Komandanın qollarına Riçard QazdeDavid Volkov imza atıb.

Qeyd edək ki, ilk matçında Türkiyə "Ümraniyespor"una 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniyanın "Sepsi" klubuna qalib gəlib - 2:0.

Son xəbərlər

Orphus sistemi