"Zirə" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib - VİDEO

"Zirə" "Qəbələ"ni məğlub edərək ikinci pilləyə yüksəlib - VİDEO Qarşılaşma 2:1 hesabı ilə başa çatıb
Futbol
28 Oktyabr , 2017 19:05
Zirə Qəbələni məğlub edərək ikinci pilləyə yüksəlib - VİDEO

Bakı. 28 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti oyunu keçirilib.

“Report” xəbər verir ki, günün ikinci oyununda "Zirə" Bakıda "Qəbələ"ni qəbul edib.

Gərgin keçən qarşılaşma şəhərlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bakı klubu bu qələbə sayəsində xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. "Qəbələ" isə 19 xalla üçüncü yerə düşüb.

Bu gün keçirilən digər qarşılaşmada "Kəpəz" səfərdə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib.

X tura oktyabrın 29-da keçiriləcək "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, X tur

"Zirə" - "Qəbələ" - 2:1

Qollar: Milan Duriç, 18 (p) [1-0], Sadio Tounkara, 38 [2-0], Famussa Kone, 71 [2-1].

Qırmızı vərəqə: Cavid Hüseynov, 43

Son xəbərlər

Orphus sistemi