"Zirə" - "Qarabağ" matçının vaxtı müəyyənləşib

"Zirə" - "Qarabağ" matçının vaxtı müəyyənləşib Azərbaycan Premyer Liqasında XIII turun proqramı açıqlanıb
Futbol
22 Noyabr , 2017 14:17
Zirə - Qarabağ matçının vaxtı müəyyənləşib

Bakı. 22 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tura noyabrın 25-də Gəncədə start veriləcək. 

Baş məşqçi Yunis Hüseynovun rəhbərliyi altında ilk matçına çıxacaq "Kəpəz" ilk dövrədə səfərdə 2:0 hesabı ilə yendiyi "Qəbələ"ni qəbul edəcək. 

Günün digər qarşılaşmasında "Neftçi" "Keşlə"ni sınağa çəkəcək. Bu komandaların da birinci dövrədə "İnter Arena"daki oyunu flaqmanın eyni hesablı qələbəsi ilə yekunlaşıb. 

Ertəsi günün ilk oyunu "Sumqayıt" və "Səbail" arasında olacaq. "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmanın ardından turun mərkəzi oyunu nəzərdə tutulub. İkinci yerdə qərarlaşmış "Zirə" lider "Qarabağ"la üz-üzə gələcək. 

25 noyabr (şənbə)

14:30. “Kəpəz” – “Qəbələ”

Gəncə şəhər stadionu

17:00. “Neftçi” – “Keşlə”

“Bakcell Arena”

26 noyabr (bazar)

16:00. “Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”

18:00. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun bütün matçları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi