Yuxarı

"Zirə"nin yeni baş məşqçisi: "Bu təklif mənim üçün gözlənilməz oldu"

"Zirə"nin yeni baş məşqçisi: "Mənim üçün gözlənilməz oldu"

"Təyinat, həqiqətən, mənim üçün gözlənilməz oldu. Bu gün "Zirə" klubunun rəhbərliyi ilə danışdıq. Onlar təklif elədilər, mən də müsbət cavab verdim və razılaşdıq".

Bu fikirləri "Report"a açıqlamasında "Zirə" komandasına baş məşqçi təyin olunan Zaur Həşimov deyib. 

38 yaşlı mütəxəssis bildirib ki, komandanın hədəfi Avropa Liqasına vəsiqə qazanmaqdır və bunun öhdəsindən gəlməyə çalışacaqlar.

Baş məşqçi kimi ilk dəfə iş başında olacaq Həşimov özünə inandığını vurğulayıb: "Bir addımı atanda hər zaman optimist olmaq, yaxşı olacağına inanmaq lazımdır. Kimsə özünə güvənmədən nəsə edirsə, orada uğur olmayacaq. Mən də hər addımı atanda fikirləşirəm, sonra isə qərar verirəm. Əlbəttə, yanımdakı insanlardan da çox şey asılı olacaq. Bu işdə mütləq dəstək lazımdır. Köməkçilərimdən yalnız qapıçıların hazırlığı üzrə məşqçi Anar Niftəliyevin adı məlumdur. Digərlərinin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək".

Qeyd edək ki, "Zirə" Zaur Həşimovla mövsümün sonuna kimi müqavilə imzalayıb. O, yeni postda Samir Abasovu əvəzləyib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi